Azərbaycan bu ölkədən ananas idxalını bərpa etdi
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,91 milyon ABŞ dolları dəyərində 1 min 441 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
Axar.az xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,6%, kəmiyyət olaraq 1% çoxdur.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 1,22 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 11,5% az) 1 015,2 ton (-18,4%), Panamadan 344,6 min ABŞ dolları dəyərində (+12 dəfə) 294,3 ton (+13 dəfə), Tailanddan 244 min ABŞ dolları dəyərində (-13,5%) 63,7 ton (-7,2%), Çindən 90 min ABŞ dolları dəyərində (+2,3%) 65 ton (-4,4%), İrandan 4,11 min ABŞ dolları dəyərində (+5 dəfə) 0,43 ton (-22%) ananas alıb.
Azərbaycan 8 il 1 aylıq aradan sonra Vyetnamdan tədarükü (0,2 min ABŞ dolları dəyərində 0,02 ton) bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 3 min 33 ton ananasın 81%-i Kosta-Rikanın payına düşüb.
Oxşar Xəbərlər