Cəmiyyət
Hacıqabulda ağır qəza: Ölən və yaralananlar var
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, Türkmənistan vətəndaşları - 1958-ci il təvəllüdlü Elbrus Tağıyev və 1957-ci il təvəllüdlü Nailya Tağıyeva xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az