Cəmiyyət

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırıla bilər

10 Sep 2026, 23:12 38 baxış
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırıla bilər
Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. * Paytaxtda sürücülərin nəzərinə: Yol təmirə bağlandı, alternativ marşrutda sıxlıq yarandı - VİDEO "Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər