Cəmiyyət

Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər

10 Sep 2026, 17:20 3 baxış
Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında həlak olublar. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Vlodimir şəhərində baş verib. Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər. Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər