Cəmiyyət

Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü

10 Sep 2026, 17:04 32 baxış
Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü

Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Vlodimir şəhərində baş verib.


Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər.


Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər