Cəmiyyət

Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir - FOTO

29 Aug 2026, 19:48 4 baxış
Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir - FOTO
Xocalı rayonunun Ballıca kəndində bu gün toy sədaları eşidilir. Kənddə Hüseynovlar ailəsinin böyük sevinc və həyəcanına şahidlik edən toy mərasimi baş tutur. Əmrah və Arzu ailə həyatı qururlar. Oxu.Az xəbər verir ki, bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial şəbəkədə paylaşım edib. Gənc cütlüyün toy mərasiminin əsas özəlliyi onların ailə həyatına məhz doğma yurdda - Xocalının Ballıca kəndində başlamasıdır. Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy sədaları eşidilir, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır. Ballıca kəndində keçirilən bu toy təkcə bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasını, insanların öz yurdlarına qayıdaraq burada gələcək qurmasını əks etdirir.
Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir - FOTO Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər