Dünya
Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəlib
Dünya bazarlarında şəkərin qiyməti təxminən 2% bahalaşaraq 2025-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Oxu.Az xəbər verir ki, bu göstəricilər "ICE Futures" birjasının hərrac məlumatlarında öz əksini tapıb. Bakı vaxtı ilə saat 11:49-a olan məlumata əsasən, şəkər üzrə ən yaxın - oktyabr füçersinin dəyəri əvvəlki müqavilələrlə müqayisədə 1.76% artım nümayiş etdirib. Beləliklə, qiymət bir funt (təxminən 4.54 kq) üçün 18.54 sentə qədər yüksəlib. Şəkər sonuncu dəfə bu səviyyədə 8 aprel 2025-ci il tarixində kotirovka olunmuşdu. Bununla yanaşı, nəzərəçarpacaq bahalaşma trendi bütün avqust ayı ərzində davam etməkdədir. Ayın əvvəlindən etibarən şəkərin birja dəyəri artıq 26.5% artıb. Nəticə etibarilə, cəmi bir neçə həftə ərzində kotirovkalar əvvəlki qiymətin dörddə birindən çox artıb.
Mənbə
oxu.az