İdman

Markinyos feyr-pley üzrə xüsusi mükafata layiq görülüb - FOTO

28 Aug 2026, 00:36 3 baxış
Markinyos feyr-pley üzrə xüsusi mükafata layiq görülüb - FOTO
PSJ-nin müdafiəçisi və kapitanı Markinyos UEFA prezidenti Aleksander Çeferin tərəfindən feyr-pley üzrə xüsusi mükafata layiq görülüb. Oxu.Az xəbər verir ki, təqdimat mərasimi Monakoda keçirilən UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatması zamanı baş tutub. Markinyos "Respect: Beyond the Game Award" mükafatı ilə təltif edilib. Bu mükafat xeyirxahlıq, ləyaqət, həmrəylik və empatiya nümayiş etdirən şəxslərə təqdim olunur. Braziliyalı futbolçu Çempionlar Liqasının finalında "Arsenal" üzərində qələbədən sonra rəqib komandanın müdafiəçisi Qabriel Maqalyansa yaxınlaşaraq ona təsəlli verdiyi üçün bu mükafata layiq görülüb. Qeyd edək ki, Markinyos bu mükafatın tarixində ilk laureat olub. Braziliyalı futbolçu bugünkü püşkatma mərasimində şəxsən iştirak etmədiyi üçün mükafatı onun adından PSJ-nin prezidenti Nasser Əl-Xelaifi qəbul edib.
{{gallery}}
Markinyos feyr-pley üzrə xüsusi mükafata layiq görülüb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər