Digər
ABŞ-da təyyarə qəzası: 8 ölü
ABŞ-ın Alyaska ştatının qərbində “Cessna 441” təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məlumat yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsində olan 8 nəfər – 2 ekipaj üzvü və 6 sərnişin həlak olub.
Məlumata görə, Ankoric şəhərindən havaya qalxan təyyarə Keyp Nyuenhem ərazisində qəzaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az