Cəmiyyət
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi zamanı xəsarət alan vətəndaşın vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbi ilə avqustun 14-də saat 03:30-da 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. "Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Mənbə
oxu.az