Cəmiyyət

Doqquz illik bazadan kolleclərə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI

14 Aug 2026, 10:56 4 baxış
Doqquz illik bazadan kolleclərə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat
Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi
Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz 2499 2355 81 2436 97.48
Dövlət ödənişli 3481 3124 103 3227 92.70
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) 230 201 29 230 100.00
Cəmi 6210 5680 213 5893 94.90
Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi
Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 5090 4951 139 5090 100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1120 729 74 803 71.70
Cəmi 6210 5680 213 5893 94.90
Qeyd olunub ki, qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. "Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək. Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə "mygov ID" (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək", - məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər