Cəmiyyət

Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq

29 Jul 2026, 01:00 2 baxış
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da bəzi ərazilərdə təmir-təftiş işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. "Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan çoxmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər