Cəmiyyət

İsmayıllının ən tənha kəndi: Səssizlik içində keçən ömür - VİDEO

28 Jul 2026, 22:06 27 baxış
İsmayıllının ən tənha kəndi: Səssizlik içində keçən ömür - VİDEO
Baku TV İsmayıllı rayonunun ən ucqar kəndlərindən biri olan Gəncə kəndində olub. Kənddə hazırda cəmi iki ailə yaşayır.

Onlardan biri Laçından köçkün düşən Vəli Laçınlının ailəsidir. Onlar burada məskunlaşaraq təsərrüfatla məşğul olurlar. Vəli Laçınlı deyir ki, bu ərazidə yaşamaq o qədər də asan deyil: "Sadəcə, təsərrüfata görə burada yaşayırıq. Biz özümüz Laçındanıq. Havası yaxşıdır. Amma ərazidə su problemi var. Mal-qara saxlayırıq, əsas məşğuliyyətimiz budur. Əkin sahəmiz yoxdur". Vəli kişinin bu gün ən böyük arzusu doğma yurduna tezliklə qayıtmaqdır. O, Laçına dönüş gününü səbirsizliklə gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər