Digər
"ZEEKR 8X" Azərbaycanda təqdim olundu
Bakıda yeni nəsil premium SUV - "ZEEKR 8X" modelinin rəsmi təqdimatı baş tutub. Təşkil olunan tədbirdə "ZEEKR"in beynəlxalq nümayəndələri, "Efendiler Group" rəhbərliyi, media mənsubları, avtomobil ekspertləri, influenserlər və xüsusi qonaqlar iştirak ediblər. Təqdimat mərasimində "ZEEKR"in Mərkəzi Asiya üzrə regional direktoru Davion Lin, "Efendiler Group"un İcraçı direktoru Amal Əlili və satış direktoru Ramin Əliyev çıxış edərək modelin əsas üstünlükləri və Azərbaycan bazarı üçün əhəmiyyəti barədə məlumat veriblər. Tədbir zamanı "ZEEKR 8X"in dizaynı, premium interyeri, yüksək performans göstəriciləri, ağıllı texnologiyaları və təhlükəsizlik imkanları nümayiş olunub. Avtomobilin ekstremal təhlükəsizlik sınaqları və digər yüksək performanslı modellərlə yarış görüntüləri qonaqların xüsusi marağına səbəb olub. "ZEEKR 8X" iki güc versiyası ilə təqdim edilir. İkilitrlik "plug-in hibrid" mühərriki ilə təmin olunan avtomobildə Ultra versiya 898 at gücünə, "Hyper" versiya isə 1400 at gücünə sahibdir. Tam ötürücü sistemlə təchiz edilən "Hyper" versiya sıfırdan 100 kilometr saat sürətə cəmi 2.9 saniyəyə çatır. Modelin salonunda NAPPA dəri oturacaqlar, zamşa tavan örtüyü, təbii ağac dekorları və çoxrəngli ambient işıqlandırma təqdim olunur. Ön və arxa oturacaqlarda isitmə, havalandırma, yaddaş və 22 nöqtəli masaj funksiyaları mövcuddur. Arxa "lounge" oturacağı elektriklə idarə olunan ayaq dayaqları və 137 dərəcəyədək açılan konstruksiyası ilə uzun səfərlərdə biznes-klass səviyyəsində rahatlıq yaradır. 17 düymlük 3K OLED arxa ekran, 29 dinamikli premium audio sistemi, "Dolby Atmos" texnologiyası, üçzonalı klimat sistemi və isitmə-soyutma funksiyalı ağıllı soyuducu interyer komfortunu tamamlayır. Təqdimat çərçivəsində qonaqlar avtomobillə yaxından tanış olub, modelin interyerini və texnoloji funksiyalarını əyani şəkildə nəzərdən keçiriblər. 72 000 dollardan başlayan qiymətlərlə "ZEEKR 8X" ilə yaxından tanış olmaq və ətraflı məlumat əldə etmək üçün Babək prospekti 37 ünvanında yerləşən "ZEEKR" Azərbaycanın rəsmi satış mərkəzinə yaxınlaşa və ya *2299 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az