Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
Rusiyanın Pskov vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları benzin ehtiyatı olan yerli sakinləri müəyyən etmək üçün reydlər keçirir. Qayda pozanlara 5000-15000 rubl məbləğində cərimələr tətbiq olunur.
Axar.az xəbər verir ki, bu barədə Pskov vilayətinin qubernatoru Mixail Vedernikov məlumat verib.
O qeyd edib ki, reydlər fərdi evlərin ərazisində və qaraj kooperativlərində davam edir.
Vedernikovun sözlərinə görə, yoxlamalar sakinlərin qarajlarında böyük miqdarda benzin ehtiyatı saxladıqlarını aşkar edib.
Qubernator bildirib ki, bu cür saxlama yanğın təhlükəsizliyi qaydaları ilə qəti qadağandır. O bildirib ki, bütün qayda pozanlara inzibati cərimələr tətbiq edilib.
Qeyd edək ki, Ukraynanın neft emalı müəssisələrinə ardıcıl zərbələri səbəbindən Rusiyada ciddi benzin çatışmazlığı yaşanır.