Digər

Rusiya "İsgəndər"i modernləşdirir: "Patriot"dan belə yayınacaq

21 Jul 2026, 08:30 3 baxış
Rusiya "İsgəndər"i modernləşdirir: "Patriot"dan belə yayınacaq

Rusiya tezliklə “İsgəndər” sistemi üçün təkmilləşdirilmiş ballistik raketlərdən istifadə etməyə başlaya bilər. Xüsusilə, təkmilləşdirilmiş raketlərin aşağı hündürlükdə radarlardan gizlənə və xaotik manevr edə biləcəyi bildirilir. Bundan əlavə, qeyd olunur ki, bu raket yeni bir “tələ modulu” ilə təchiz olunacaq ki, bu da onun tutulmasını daha da çətinləşdirəcək.


Axar.az xəbər verir ki, bu barədə UNİAN-da dərc olunan məqalədə deyilir.


Ukraynalı ekspert Anatoli Xrapçinskinin sözlərinə görə, “İsgəndər” “Patriot” sistemləri üçün də ciddi çətinliklər yaradan çox sayda müxtəlif komponentdən ibarətdir:


“Buraya hədəfin tutulmasının son mərhələlərində əhəmiyyətli müdaxilə yaradan “istilik tələsi” və elektron müharibə sistemləri daxildir”.

Mənbə axar.az

Oxşar Xəbərlər