Cəmiyyət
İsmayıllıdakı dəhşətli qəzada ölən üçüncü şəxsin kimliyi bilindi - ÖZƏL - VİDEO
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən üçüncü şəxsin də kimliyi məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs, "Opel" markalı avtomobilinin sərnişini, 46 yaşlı Samirə Hüseynovadır. Qeyd edək ki, qəza "Opel" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində baş verib. Hadisə zamanı motosikletin sürücüsü, 23 yaşlı Nihad Allahverənov və "Opel" markalı minik avtomobilinin sürücüsü, 38 yaşlı İsa Rzayev də həlak olublar.
Mənbə
oxu.az