Cəmiyyət

Biləsuvarda iki yük maşını toqquşdu, xəsarət alan var

19 Jul 2026, 19:00 3 baxış
Biləsuvarda iki yük maşını toqquşdu, xəsarət alan var
Biləsuvarda iki yük maşını toqquşub, xəsarət alan var. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonunun Maşlıq kənd sakini Cavid Zamin oğlu Babayevin idarə etdiyi "Ford Transit" markalı kiçiktonnajlı yük avtomobili hərəkətdə olarkən "KamAZ" markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən "Ford Transit"in ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb. ​Qəza nəticəsində Cavid Babayev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər