Cəmiyyət

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

19 Jul 2026, 12:40 31 baxış
Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.


Axar.az AZƏRTAC-a istinadla xəbər verir ki, binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib.


Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.


Xatırladaq ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib.


Qeyd edək ki, Rusiya bu gecə Kiyevə müharibə dövrü ərzindəki ən güclü hücumlarından birini edib.

Mənbə axar.az

Oxşar Xəbərlər