Digər

Razılaşmaya yaxın idik, Qərb pozdu - Blanar

14 Jul 2026, 07:00 3 baxış
Razılaşmaya yaxın idik, Qərb pozdu - Blanar

Qərb Ukrayna münaqişəsinin başlamasından qısa müddət sonra onun mümkün həllinə mane olub.


Axar.az xəbər verir ki, bunu Slovakiya xarici işlər naziri Yuray Blanar deyib.


“O zaman razılaşma olduqca yaxın idi, lakin Qərb ölkələri onu pozdu. Həmin vaxt Britaniya baş naziri Boris Conson dedi ki, Qərb bu razılaşmanı dəstəkləməyəcək”, - deyə XİN rəhbəri bildirib və əlavə edib ki, o gündən bəri bütün proses mürəkkəbləşib.


Blanar bu mərhələdə hər hansı bir razılaşmanın əldə edilməsinin olduqca çətin olacağını qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər