Cəmiyyət
"Arzum" işi: Məhkəmə qərarından sonra hansı suallar açıq qaldı? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Müəllimlərin sertifikasiya imtahanı və əməkhaqqı ilə bağlı narazılıqları fonunda səsləndirilən rəsmi açıqlamalar hansı sualları gündəmə gətirir? Elmi fəaliyyətin və doktorantura təhsilinin maddi qarşılığı niyə cəlbedici hesab edilmir və bu vəziyyət ölkədə elmin inkişafına necə təsir göstərir? Sosial şəbəkələrdə tanınan şəxslərin davranışları və onların cəmiyyətə təsiri hansı müzakirələri yenidən aktuallaşdırıb? "Arzum 9999" ləqəbli bloqerlə bağlı məhkəmə qərarı niyə cəmiyyətdə birmənalı qarşılanmır və bu hadisə sürücülər arasında hansı narahatlıqları artırır? Mərkəzi küçələrdə yolların təkrar-təkrar təmir olunması, şəhər kənarındakı yolların isə illərlə baxımsız qalması hansı idarəetmə problemlərini üzə çıxarır? Su kəsintiləri fonunda küçələrə axan minlərlə litr su və tez-tez baş verən boru partlayışları infrastrukturun vəziyyəti ilə bağlı hansı reallığı göstərir? Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.

Mənbə
oxu.az