Kılıçdaroğlu ziyarətinə gəldi, həbs olunan komediyaçı isə...
Türkiyədə həbs olunan komediyaçı Dəniz Göktaş CHP-nin məhkəmə qərarı ilə vəzifəsinə qaytarılmış sədri Kamal Kılıçdaroğlu ilə İstanbul Ədliyyəsində baş tutan görüş barədə açıqlama verib.
Axar.az Savashmedia.az-a istinadla xəbər verir ki, Göktaş vəkilləri vasitəsilə yaydığı açıqlamada Kılıçdaroğlu ilə görüşmək istəmədiyini bildirib.
Onun sözlərinə görə, səhər saatlarında Kılıçdaroğlunun onunla görüşmək istədiyi bildirilsə də, o bu təklifi qəbul etməyib. Buna baxmayaraq, məhkəməyə çıxarılmazdan əvvəl qısa görüş baş tutub.
Göktaşın sözlərinə görə, Kılıçdaroğlu ona "Keçmiş olsun" deyib və hər hansı ehtiyacının olub-olmadığını soruşub.
Komediyaçı isə cavab olaraq, "İndi ki buraya qədər gəlmisiniz, sizə milyonlarla gəncin bir xahişini çatdıracağam - xahiş edirəm CHP-dən gedin", - dediyini açıqlayıb.
O bildirib ki, bu sözlərdən sonra Kılıçdaroğlu başını bulayaraq oradan uzaqlaşıb.
Dəniz Göktaş həmçinin əlavə edib ki, 2023-cü ilin prezident seçkilərində səs verdiyi siyasətçiyə belə bir söz demək məcburiyyətində qalması onun üçün xoş olmayıb.
Qeyd edək ki, "Ölü Dəniz" adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan komediyaçı Dəniz Göktaş xarici səfərdən Türkiyəyə qayıdarkən saxlanılmışdı.
Komediya ustası "əhalinin bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək" maddəsi ilə ittiham edilir.