Digər

Qətər və İran arasında dəniz ticarəti bərpa olundu

05 Jul 2026, 17:22 2 baxış
Qətər və İran arasında dəniz ticarəti bərpa olundu

Qətər və İran arasında dəniz ticarəti yenidən bərpa edilib.


Axar.az xəbər verir ki, bu barədə Qətərin Nəqliyyat Nazirliyi məlumat yayıb.


İranın mətbuatı isə Qətərin Əl-Ruveys limanından yüklərin qəbuluna başlanıldığını və iki ölkə arasında dəniz ticarətinin yenidən aktivləşdirildiyini təsdiqləyib.


Əl-Ruveys limanı ilə İranın Dəyyir limanı arasındakı marşrut Fars körfəzi üzərindən ən qısa kommersiya dəniz yolu hesab olunur.


Qeyd edək ki, cəmi bir həftə əvvəl Qətər Fars körfəzinin cənub hissəsində gəmiçiliyə dair artan gərginlik səbəbindən bütün gəmiləri dəniz fəaliyyətini müvəqqəti dayandırmağa çağırmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər