Cəmiyyət
95 yaşlı dərzinin başına gələnlər - VİDEO
Gülərüz və mehriban Şəki sakini Rasim Məmmədovun 95 yaşı var. O, 80 ildir ki, əlinin əməyi, alnının təri ilə çörək qazanır. Usta Rasim anasından xatirə qalan və 100-dən çox yaşı olan tikiş maşınını göz bəbəyi kimi qoruduğunu bildirib. Təcrübəli sənətkar bu illər ərzində üzləşdiyi çətinliklərdən və yaxşı dərzi olmağın incəliklərindən bəhs edib. "Gözümü açandan anamı bu maşının arxasında görmüşəm. Özüm isə dərziliyə 15 yaşımda başlamışam. Gərək bu sənəti öyrənmək üçün inadkar olasan. Zəhmətim sayəsində bir çox sənətkarları üstələdim. 10 dəfə paxıllıq etdiklərinə görə yerimi dağıtdılar. Müdirlərdən tutmuş şagirdlərə qədər məni arxadan vuranların hamısının adları bu gün də yadımdadır", - deyə Rasim usta bildirib.
Mənbə
oxu.az