Digər

Hörmüzü bu yolla tərk etməyə çalışan gəmilər geri qayıtdı

04 Jul 2026, 20:46 2 baxış
Hörmüzü bu yolla tərk etməyə çalışan gəmilər geri qayıtdı

Ötən gün və bu gün azı səkkiz gəmi Hörmüz boğazını Oman sahillərinə yaxın alternativ marşrutla tərk etməyə cəhd göstərsə də, geri qayıtmağa məcbur olub.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.


Qeyd olunur ki, gəmilərin bəziləri Hörmüz boğazına baxan Ras Müsəndəm bölgəsinə çatar-çatmaz geri qayıdıblar. Neft tankeri, neft məhsulları daşıyan iki gəmi, eləcə də konteyner gəmisi isə sonradan şimala istiqamətlənərək İranın müəyyən etdiyi marşrut üzrə hərəkətlərini davam etdiriblər.


Gəmilərin geri qayıtma səbəbləri açıqlanmır. Bununla yanaşı, medianın məlumatına görə, Tehran gəmilərin yalnız onun müəyyənləşdirdiyi marşrut üzrə hərəkətinə icazə verəcəyini dəfələrlə bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər