Digər
İsrail Arakçı və Qalibafı da öldürəcəkdi, son anda ABŞ...
ABŞ rəsmiləri İsrailin bu ilin aprel ayında keçirilən son danışıqlar mərhələsində İranın xarici işlər naziri Abbas Arakçı və parlament sədri Məhəmməd Bağır Qalibafı öldürəcəyini güman edirdi.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” portalı məlumat yayıb.
İddia edilir ki, İsrailin onlara qarşı mümkün hücumlarının danışıqlar prosesini poza biləcəyindən qorxan Vaşinqton hətta regiondakı digər ölkələrdən Tehranı bu barədə xəbərdar etmələrini istəyib.
Həmçinin qeyd olunur ki, ABŞ İsraili Arakçı və Qalibafı artıq mövcud olduqları "hədəf siyahılarından" müvəqqəti olaraq çıxarmağa inandıra bilib və bu da münaqişənin gərginləşməsinin qarşısını alıb və danışıqların davam etməsinə imkan verib.
Mənbə
axar.az