Digər
ABŞ-a real imkanlara sahib müttəfiq lazımdır - Uolts
Vaşinqton NATO ölkələrini özünün müttəfiqləri hesab edir, lakin onların kifayət qədər potensiala sahib olmasını istəyir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfərini şərh edərkən deyib.
"Əlbəttə ki, avropalılar bizim müttəfiqlərimizdir. Amma bizə real imkanlara malik müttəfiqlər lazımdır", - deyə o müsahibədə bildirib.
Diplomat əlavə edib ki, buna görə də Prezident Donald Tramp on ildir ki, NATO üzvlərini müdafiəyə daha çox pul xərcləməyə təşviq edir.
Mənbə
axar.az