Digər
Rodrigesdən Trampa çağırış: Buna hazırıq!
Venesuela ABŞ ilə fikir ayrılıqlarını əməkdaşlıq və diplomatiya yolu ilə həll etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges deyib.
“O taleyüklü 3 yanvar 2026-cı ildən bəri biz deyirik: gəlin fikir ayrılıqlarımızı, tarixi və mövcud mübahisələrimizi diplomatiya, siyasi dialoq və əməkdaşlıq yolu ilə həll edək”, - deyə o bildirib.
O, Venesuelanın öz müstəqilliyini və suverenliyini müdafiə etdiyini söyləyib və Venesuela xalqını birləşməyə çağırıb.
Qeyd edək ki, 3 yanvar tarixində ABŞ-ın Prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi əsir götürməsindən sonra prezidentin səlahiyyətlərini Delsi Rodriges icra edir.
Mənbə
axar.az