Digər

Jurnalist avtomobil partlayışında öldü

25 Jun 2026, 01:41 27 baxış
Jurnalist avtomobil partlayışında öldü

Yəmənin Hadramaut vilayətinin Əl-Mukalla şəhərində “Al Hadath” telekanalının müxbiri Məhəmməd Aida avtomobilinin partladılması nəticəsində həlak olub.


Axar.az xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.


Bildirilib ki, nəqliyyat vasitəsinə quraşdırılan partlayıcı qurğu işə düşüb.


Hadisənin təfərrüatları araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər