Digər
Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitindən əvvəl Türkiyəyə F-35 qırıcı təyyarələri də daxil olmaqla, Amerika hərbi təchizatı ilə bağlı qərar verə biləcəyini bildirib.
Axar.az xəbər verir ki, o, Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə belə bir qərarın mümkünlüyü ilə bağlı suala cavabında deyib.
"Düşünürəm ki, bəli. O, NATO üzvüdür. Bəzi insanlar özlərini NATO üzvü hesab etmirlər, amma o hesab edir. Yəqin ki, onu çox xoşbəxt edəcək bir şey edəcəyəm”, - deyə Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan haqqında danışarkən bildirib.
Mənbə
axar.az