Digər

Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...

25 Jun 2026, 00:13 1 baxış
Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...

Rumıniya Deputatlar Palatası ölkənin Moldova Respublikası ilə birləşməsini nəzərdə tutan və hökumətə Kişinyovla danışıqlara başlamaq səlahiyyəti verən qanun layihəsini təsdiqləyib.


Axar.az xəbər verir ki, bu barədə Rumıniya milli xəbər agentliyi “Agerpres” məlumat yayıb.


Nəşrin məlumatına görə, qanunvericilik təşəbbüsü parlamentə “SOS Rumıniya” partiyası tərəfindən 14 apreldə təqdim edilib.


Deputatlar Palatasının iclasında sənədin nəzərdən keçirilməsi üçün son tarixin rəsmi olaraq başa çatdığı və bunun təsdiq edilmiş hesab edildiyi elan edilib.


Qanun layihəsinin mətninə əsasən, Rumıniya Parlamenti ATƏT-in Helsinki Konfransının Yekun Aktının müddəalarına sadiqliyini bir daha təsdiqləyir.


Bu sənəd dövlət sərhədlərinin dinc və diplomatik vasitələrlə dəyişdirilməsinin mümkünlüyünü tanıyır.


Qanun qüvvəyə mindikdən dərhal sonra Rumıniya hökumətini iki dövlət arasında birləşmə prosesini başa çatdırmaq üçün dərhal Moldova hakimiyyəti ilə danışıqlara başlamağa məcbur edir.


Lakin qəbul edilən qərar hələ qəti hesab edilmir. Daha sonra qanun layihəsi son qərar qəbuletmə palatası olan Rumıniya Senatı tərəfindən nəzərdən keçirilməlidir.

Mənbə axar.az

Oxşar Xəbərlər