Digər

Kənardan diktə olunan şərtləri qəbul etməyəcəyik - Lavrov

24 Jun 2026, 17:42 3 baxış
Kənardan diktə olunan şərtləri qəbul etməyəcəyik - Lavrov

Rusiya Ukrayna böhranının həlli üçün müvəqqəti və ya aralıq həll yollarına razılaşmaq niyyətində deyil.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.


O bildirib ki, bu məsələ Moskva üçün fundamental əhəmiyyət kəsb edir, buna görə də Rusiya kənardan tətbiq edilən şərtləri və ya ultimatumları qəbul etməyəcək:


“Rusiya üçün bu, fundamental əhəmiyyət kəsb edən məsələdir, biz müvəqqəti aralıq həllərə vaxtımızı sərf etməyəcəyik, başqasının diktə etdiyi ultimatumları qəbul etməyəcəyik”.

Mənbə axar.az

Oxşar Xəbərlər