Digər

Zukerberq mərc platforması hazırlayır

24 Jun 2026, 16:22 1 baxış
Zukerberq mərc platforması hazırlayır

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq şirkət işçilərinə “Polymarket”ə bənzər proqnozlaşdırma və mərc platformalarını hazırlamağı tapşırıb.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.


“Layihə “Arena” adı altında ayrıca mobil tətbiq kimi hazırlanır. İstifadəçilər müxtəlif tədbirlər — idman yarışları, iqtisadi proseslər və siyasi inkişaflar barədə proqnoz verə biləcəklər. Yeni tətbiqin “Meta”nın Feysbuk, İnstaqram və Votsap platformalarından ayrıca hazırlanması planlaşdırılır, lakin bu xidmətlərdən onun təşviqi üçün istifadə edilə bilər”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər