Digər

Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı

24 Jun 2026, 16:52 2 baxış
Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı

Ukrayna SEPAH-ın saxladığı və İranda saxlanılan dörd dənizçisini ölkəyə qaytarıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat yayıb.


Tixiyin sözlərinə görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmiləri və dənizçiləri saxlayıb:


“Saxlanılanlar arasında göyərtəsində 4 Ukrayna vətəndaşının olduğu “Epimonidas” konteyner gəmisi də olub. Həmin vaxtdan etibarən Ukrayna tərəfi bütün aidiyyəti qurumlar və tərəflərlə fəal və ardıcıl iş aparıb. Məmnuniyyətlə bildiririk ki, bu səylər müsbət nəticə verib. Dörd vətəndaşımız artıq İran ərazisini tərk edib”


XİN rəsmisi qeyd edib ki, Ukrayna vətəndaşları hazırda təhlükəsiz şəraitdə ailələrinin yanındadır.

Mənbə axar.az

Oxşar Xəbərlər