Digər
Fransada Ebolaya ilk yoluxma qeydə alındı
Fransada ölkə ərazisində Ebola virusuna ilk yoluxma halı təsdiqlənib.
Axar.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, virus Konqo Demokratik Respublikasındakı humanitar missiyadan qayıdan həkimdə aşkarlanıb. Pasiyent dərhal ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib və vəziyyəti stabil qiymətləndirilir.
Bildirilib ki, onunla təmasda ola biləcək şəxslərin müəyyən edilməsi üçün epidemioloji araşdırma başlanılıb.
Mənbə
axar.az