Digər
Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
İyunun 23-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti (RİH) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Xətai RİH-in başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Əli Nur, şair, publisist Baba Vəziroğlu, əməkdar artist Dilarə Əliyeva, şairlər İlqar Fəhmi və Rüstəm Behrudi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də rayon sakinləri iştirak ediblər. Tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur. Mərasim çərçivəsində şairin həyat və yaradıcılıq yolunu əks etdirən çıxışlar səsləndirilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda, Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Qeyd edək ki, bu il mayın 20-də Sabir Rüstəmxanlının 80 yaşı tamam olub. Yubiley münasibətilə ölkəmizdə və xarici ölkələrdə silsilə tədbirlər keçirilir.
{{gallery}}

Mənbə
oxu.az