Digər

AB Türkiyə sərhədindəki yollarla bağlı İrəvana yardım edəcək

24 Jun 2026, 14:52 2 baxış
AB Türkiyə sərhədindəki yollarla bağlı İrəvana yardım edəcək

Avropa Birliyi Türkiyə ilə sərhəddəki nəzarət-buraxılış məntəqəsi istiqamətində yolların tikintisində Ermənistana konsultasiya yardımı göstərmək niyyətindədir.


Axar.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.


Onun sözlərinə görə, Axurik-Kayan və Marqara-Kayan istiqamətlərində yolların tikintisini nəzərdə tutan layihə Ermənistanın yol şəbəkəsini Türkiyə sərhədindəki keçid məntəqələri ilə birləşdirəcək.


Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər