Digər

Heqset Ukraynanı dəstəkləyən generalı istefaya göndərir

24 Jun 2026, 13:46 2 baxış
Heqset Ukraynanı dəstəkləyən generalı istefaya göndərir

ABŞ-ın hərbi naziri Pit Heqset Ukraynanın dəstəklənməsində əsas rol oynayan, Amerikanın Avropa və Afrikadakı quru qüvvələrinin komandanı, general Kristofer Donahyunu vəzifəsindən azad edir.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.


“Onun tezliklə istefasını elan edəcəyi və iyul ayında rəsmi olaraq xidmətini başa vuracağı gözlənilir. Donahyu ABŞ-ın ən yüksək nüfuzlu hərbçilərindən biri hesab olunur. O, İraq və Suriyadakı əməliyyatlarda xidmət edib, 2021-ci ildə ABŞ qoşunlarının çıxarılması zamanı Əfqanıstanı tərk edən sonuncu Amerika hərbçisi kimi də tarixə düşüb. Onun vəzifədən getməsinin rəsmi səbəbi açıqlanmır, lakin bu qərar Heqsetin həyata keçirdiyi genişmiqyaslı kadr dəyişiklikləri və rəhbər heyətin yenilənməsi prosesi ilə əlaqələndirilir. Son bir il yarım ərzində o, artıq onlarla yüksək rütbəli hərbi məmuru işdən çıxarıb və ya onların vəzifələrinin artırılmasına mane olub. Onların arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Çarlz Braun, Hərbi Dəniz Əməliyyatları rəisi Liza Franketti və Milli Təhlükəsizlik Agentliyinin direktoru Timoti Xou da var”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər