Kreml Lukaşenkoya təzyiq edir: Ukraynaya qarşı yeni cəbhə
Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkoya təzyiqi artıraraq, ondan Ukraynaya qarşı yeni cəbhə açmaq üçün ölkə ərazisini istifadəyə verməsini tələb edib. Kreml Belarusdan NATO ölkələrinə qarşı kütləvi PUA hücumu və hibrid əməliyyatlar üçün istifadə etməyi düşünür.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb.
“Minskə təzyiq bu ilin əvvəlindən bəri davam edir. Kreml Donbasda Rusiyanın hücumunun yavaşlaması səbəbindən təhlükəli eskalasiyanı nəzərdən keçirir və Putinin yeni gərginlik nöqtələrinə ehtiyacı var. Kremlin konkret məqsədləri var. Belarus ərazisi isə bunlar üçün lazımdır: Ukrayna ərazilərinə davamlı olaraq PUA buraxmaq, cəbhə xəttinin Ukraynanın qərb bölgələrinə doğru genişləndirilməsi, Ukrayna qüvvələrinin ehtiyat hissələrinin şərq cəbhəsindəki kritik istiqamətlərdən yayındırılması. Belarus alyansın qonşu ölkələrinə qarşı təxribatlar üçün istifadə edilə bilər. Rusiya Ukraynaya dəstəyi sarsıtmaq və NATO-nun reaksiyasını sınamaq istəyir. Ötən yay Rusiya dronları artıq Polşa hava məkanına daxil olub. İndi bu cür əməliyyatlar sistemli hala gələ bilər”, - məlumatda deyilib.