Cəmiyyət
12 ölkə, 12 min kilometr: Avropanı pedal-pedal gəzən azərbaycanlının maraqlı hekayəsi - MÜSAHİBƏ - FOTO
12 ay əvvələdək velosiped sürməyi belə bilməyən Hikmət Xəlil bu gün Avropanın yollarında minlərlə kilometr qət edən səyyahlardan biridir. Almaniyada yaşayır, çadırda gecələyir, müxtəlif ölkələrdən olan insanlarla tanış olur və hər dayanacaqda Azərbaycan haqqında danışır. Son bir ildə 12 ölkə gəzən, 12 min kilometrdən çox yol qət edən həmsöhbətimiz deyir ki, bu səyahət ona təkcə yeni şəhərlər yox, həm də yeni insanlar və həyata fərqli baxış qazandırıb. Oxu.Az Almaniyadan yola çıxaraq Avropanı velosipedlə kəşf edən azərbaycanlı səyyah Hikmət Xəlillə həmsöhbət olub. - Almaniyada rahat həyatınızı qoyub velosipedlə yüzlərlə kilometr yol qət etməyə çıxmısınız. Bu ideya ilk dəfə ağlınıza necə gəldi? - Əslində, hər şey iş yerində tanış olduğum bir qızın - Polinin (Pauline) xəyalına dəstək olmaq istəyi ilə başladı. O, Almaniyadan Tailanda qədər olan məsafəni velosipedlə getməyi planlaşdırırdı. Mən də ona kömək etmək üçün velosiped səyahətləri haqqında kitablar oxumağa, videolar izləməyə və bu mövzunu araşdırmağa başladım. Zaman keçdikcə, mənim də velosiped səyahətlərinə marağım yarandı. Həmin vaxta qədər nə velosipedim var idi, nə də velosiped sürməyi bacarırdım. Oxuduğum kitablardan sonra uzun məsafəli velosiped səyahətlərinin insanlara qazandırdığı təcrübələrin nə qədər dəyərli olduğunu anladım. Dünyanı fərqli prizmadan görmək, müxtəlif ölkələrin insanları ilə tanış olmaq və yeni mədəniyyətlər öyrənmək məni çox cəlb etdi.
Həmin vaxt Polindən birlikdə dünya səyahətinə çıxmaq təklifi də aldım. Lakin təhsilimlə əlaqədar ən azı 2028-ci ilə qədər Almaniyada qalmalı və təhsilimi tamamlamalı idim. Buna baxmayaraq, dünya səyahəti ideyası beynimdə qaldı və zamanla mənim öz xəyalıma çevrildi. - Səyahət etməkdə əsas məqsədiniz nədir? Əslində nə axtarırsınız? - Düzünü desəm, səyahətə çıxmaqda hansısa böyük fəlsəfi məqsədim yoxdur. Mən terapevt kimi çalışıram və hər gün çox sayda insanla ünsiyyətdə oluram. İşim sayəsində müxtəlif həyat hekayələri dinləmək və insanlarla dərin söhbətlər etmək imkanım olur. Xüsusilə Almaniyada yaşayan insanların həyata baxışı mənə çox təsir edib. Fiziki sağlamlığını itirmiş və ya yaşlı pasiyentlərdən tez-tez eyni məzmunlu fikirlər eşidirəm: "Gəncsən, get dünyanı gəz, həyatını yaşa. Yaşlandıqda və ya sağlamlığını itirdikdə bunu etmək çox çətin olacaq". Bu sözlər məni düşündürdü. Anladım ki, insanların çoxu ömrünün sonrakı dövrlərində ən çox etdiklərinə yox, etmədiklərinə görə peşman olurlar. Mən də gələcəkdə "kaş ki, etmiş olaydım" deməmək üçün arzularımı təxirə salmamağa qərar verdim və Bühl-Turin səyahətinə çıxdım.
- Bir müddətdir Avropanı velosipedlə gəzirsiniz. Bu yol sizə insanları daha yaxşı tanıtdı, yoxsa özünüzü? - Düşünürəm ki, bu səyahət mənə həm insanları, həm də özümü daha yaxşı tanımağa kömək edib. Amma seçim etməli olsam, deyərdim ki, insanları tanımaq mənə daha böyük təsir göstərib. Səyahət zamanı fərqli millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan insanlarla tanış olmuşam. Maraqlıdır ki, siyasi baxışları, dinləri, dilləri və həyat tərzləri fərqli olsa da, insanların əksəriyyətinin arzuları, qorxuları və xoşbəxtlik anlayışı bir-birinə çox bənzəyir. Bu müşahidə mənim insanlara baxışımı dəyişib. Digər tərəfdən uzun məsafələri təkbaşına qət etmək insanı özünü də tanımağa məcbur edir. Yorğunluq, hava şəraiti, texniki problemlər və gözlənilməz hadisələr qarşısında adam öz səbrini, iradəsini və sərhədlərini daha yaxşı anlayır. Amma ən böyük qazancım insanların, əslində, düşündüyümüzdən daha mehriban və yardımsevər olduğunu görmək oldu. Bu, mənim səyahətdən çıxardığım ən dəyərli nəticələrdən biridir.
- Videolarınızın böyük hissəsində Azərbaycanın tanıdılması xətti var. Rastlaşdığınız insanlar ölkəmiz haqqında nə deyirlər? - Düzünü desəm, insanların Azərbaycana münasibəti məni müsbət mənada təəccübləndirdi. Əvvəllər düşünürdüm ki, ölkəmiz haqqında məlumatlı insanların sayı çox azdır. Amma səyahət zamanı gördüm ki, Avropada Azərbaycana maraq göstərən insanların sayı heç də az deyil. Əlbəttə, elə insanlar da olur ki, Azərbaycanı tanımırlar və ya xəritədə yerini bilmirlər. Məni ən çox üzən isə bəzən ölkəmizi Türkiyənin və ya Rusiyanın bir əyaləti kimi tanımalarıdır. Belə hallarda Azərbaycan haqqında qısa məlumat verməyə və ölkəmizi daha yaxından tanıtmağa çalışıram. Bəzən Azərbaycanı tanımasalar da, Bakı adını eşidəndə ilk növbədə "Formula 1", "Avroviziya" və ya Qarabağ mövzusunu xatırlayırlar. Amma təəssüf ki, ölkəmizin zəngin təbiəti, mətbəxi, tarixi və qonaqpərvər insanları haqqında çox az məlumatları olur.
- Səfər zamanı elə biri olub ki, ayrılarkən kövrəlmisiniz? - İndiyə qədər məni ayrılıq zamanı kövrəldəcək qədər yaxın münasibət qurduğum biri olmayıb. Bunun əsas səbəbi odur ki, səyahət zamanı adətən, bir yerdə uzun müddət qalmıram və insanlarla təmasım qısa müddətli olur. Amma yaddaqalan tanışlıqlarım olub. Məsələn, Bazeldən Barselonaya səfərim zamanı Andreas adlı bir almanla tanış oldum. O, məni qaldığı kempinqdə qəhvə içməyə dəvət etdi. Uzun müddət söhbət etdik və bir-birimizə səyahət hekayələrimizi danışdıq. Ayrılarkən əlaqə nömrəsini aldım və bu gün də əlaqə saxlayırıq. Düşünürəm ki, səyahətin ən gözəl tərəflərindən biri də budur. Bəzən bir insanla cəmi bir neçə saat vaxt keçirirsən, amma həmin görüş uzun müddət yadda qalır və yeni dostluğun başlanğıcına çevrilir. - Sosial şəbəkədə hər şey yaxşı görünür. Bəs kameranı söndürəndən sonra ən ağır anlar hansılar olur? - Sosial şəbəkələrdə paylaşılan videolara baxanda hər şey çox asan görünə bilər. Amma kameranı söndürəndən sonra səyahətin görünməyən tərəfləri var. Məsələn, günlərlə davam edən fiziki yorğunluğu, uzun sürüşlərdən sonra yaranan ağrıları, gecə çadırın içinə dolan ağcaqanadları, bəzən su və qida ehtiyatının tükənməsini tam şəkildə göstərmək mümkün olmur. Elə vaxtlar olur ki, susuz qalırsan və xəritədə görünən ən yaxın mağazaya çatmaq üçün 10-15 kilometr əlavə yol qət etməli olursan. Böyük ümidlə həmin mağazaya çatırsan, amma hansısa səbəbdən bağlı olduğunu görürsən. Belə anlar insanda ciddi məyusluq yaradır.
Bundan əlavə, hər gün harada gecələyəcəyini, hava şəraitinin necə olacağını və ya gün ərzində hansı problemlərlə qarşılaşacağını dəqiq bilmirsən. Amma düşünürəm ki, məhz bu çətinliklər səyahəti maraqlı edir. Çünki sonradan ən çox xatırladığımız və danışdığımız hekayələr də əsasən həmin çətin anlardan yaranır. - Velosiped turunun fiziki çətinliyi ağırdır, yoxsa psixoloji tərəfi? - Mənim üçün psixoloji tərəfi daha ağırdır. Fiziki yorğunluğa insan müəyyən müddətdən sonra öyrəşir. Bədən uyğunlaşır, əzələlər güclənir və hər gün uzun məsafələr qət etmək daha normal görünməyə başlayır. Psixoloji çətinliklər isə fərqlidir. Bəzən günlərlə tək olursan. Hava şəraiti pis olur, planların pozulur və ya gözlədiyin kimi keçməyən günlər yaşayırsan. Belə anlarda motivasiyanı qorumaq və yoluna davam etmək fiziki gücdən daha vacib olur.
Bu günə qədər, təxminən bir il ərzində, velosipedlə 12 ölkə gəzmişəm və 12 min kilometrdən çox yol qət etmişəm. Bu təcrübəyə əsasən əminliklə deyə bilərəm ki, velosiped turunun ən böyük sınağı fiziki deyil. Bununla yanaşı, mən tək qalmağı sevən bir insanam və uzun müddət öz fikirlərimlə baş-başa qalmaq məni narahat etmir. Hətta düşünürəm ki, bu səyahət mənə səbirli olmağı, qeyri-müəyyənliklə barışmağı və problemlərə daha sakit yanaşmağı öyrədib. - İlk gün səfərə çıxan Hikmətlə bugünkü Hikmət arasında nə dəyişib? - Düşünürəm ki, ilk gün səfərə çıxan Hikmətlə bugünkü Hikmət arasında ən böyük fərq baxış bucağındadır. Səyahətə başlamazdan əvvəl plansızlıq məni narahat edirdi. Hər şeyin əvvəlcədən hesablanması və nəzarət altında olması, yəqin ki, terapevt kimi işimin də bir hissəsidir. Bu gün isə başa düşürəm ki, həyatda hər şeyi planlaşdırmaq mümkün deyil və bəzən ən gözəl təcrübələr məhz planlaşdırılmamış anlardan yaranır.
Artıq insanlardan, təbiətdən və qeyri-müəyyənlikdən əvvəlki qədər qorxmuram. Bu səyahət mənə insanlara daha çox güvənməyi öyrətdi. Yolboyu o qədər xeyirxah və yardımsevər insanlarla qarşılaşmışam ki, dünyaya baxışım dəyişib. Məndə belə bir düşüncə formalaşıb ki, əksər hallarda hər şey öz yolunu tapır və yaşadığımız hadisələrin hər biri bizə nəsə öyrədir. Həmçinin artıq tək qalmaqdan da qorxmuram. Əksinə, bu müddət ərzində özümlə baş-başa qalmağı və bundan zövq almağı öyrənmişəm. Bu gün sağlamlığım yerində olduğu müddətcə qarşıma çıxan əksər çətinliklərin öhdəsindən gələ biləcəyimə inanıram. Bəlkə də bu səyahətin mənə qazandırdığı ən böyük dəyişiklik özümə olan inamın artmasıdır. - Avropanın hansı şəhərində "burada yaşaya bilərəm" dediniz? - Heç bir tərəddüd etmədən deyə bilərəm ki, bu, Almaniyanın Frayburq şəhəridir. İndiyə qədər gördüyüm şəhərlər arasında mənim üçün çox xüsusi yeri var. Amma bunun səbəbi təkcə şəhərin gözəlliyi, təbiəti və ya həyat keyfiyyəti deyil. Əsas səbəb burada tanış olduğum insanlar, xüsusilə də Morell ailəsidir. Mən Almaniyaya ilk gəldiyim zaman onların yanında "Au-Pair" (xarici ailənin yanında yaşayıb uşaqlara qulluq etməklə mədəni mübadilə - red.) proqramı olaraq yaşamışam. Zaman keçdikcə münasibətimiz ev sahibi və "Au-Pair" münasibətindən çıxaraq əsl ailə münasibətinə çevrildi. Bu gün artıq onları "Au-Pair" ailəm kimi deyil, öz ailəmin bir parçası kimi görürəm. Almaniyada özümü evimdə hiss etməyimdə bu ailənin böyük rolu var. Səmimi desəm, Morell ailəsi olmasaydı, yəqin ki, Almaniyanı çoxdan tərk edib başqa bir ölkəyə köçmüşdüm.
- Səfər zamanı hansı ölkənin insanları sizi daha çox təəccübləndirib? - Səyahət boyunca məni təəccübləndirən insanlarla hər ölkədə rastlaşmışam. Amma hollandlara burada xüsusi yer ayırmaq istərdim. Bühl-Amsterdam səyahətim zamanı onların yardımsevərliyi və açıqürəkliliyi məndə çox xoş təəssürat yaradıb. Bu barədə ən yaddaqalan xatirələrimdən biri Hans adlı kempinq sahibidir. Bir gün heç bir rezervasiyam olmadığı halda mənə kempinqdə qalmağa icazə verdi. Bununla da kifayətlənmədi, məndən heç bir ödəniş tələb etmədi. Üstəlik, yemək verdi, mənimlə maraqlandı və özümü adi müştəri kimi deyil, sanki xüsusi qonaq kimi hiss etdirdi. Səbəb olaraq da bildirdi ki, mənim yaşlarımda olarkən o da bu cür turlar edib və belə gənclərə dəstək olunmalı olduğunu düşünür. Belə anlar insana sübut edir ki, dünyada hələ də qarşılıq gözləmədən yaxşılıq edən çox insan var. Mən səyahət zamanı müxtəlif ölkələrdə qonaqpərvərlik görmüşəm, amma hollandların səmimiyyəti və insanlara münasibəti məndə xüsusilə dərin iz buraxıb. Bəzən bir insanın kiçik görünən yaxşılığı başqasının yaddaşında illərlə qalır.
- Səfəriniz zamanı Avropa insanında müşahidə etdiyiniz və Azərbaycanda da görmək istədiyiniz hansı xüsusiyyətlər olub? - Avropada müşahidə etdiyim və Azərbaycanda da daha çox görmək istədiyim xüsusiyyət insanların həyatdan zövq almağı bacarmasıdır. Bir avropalı gələcəyini planlaşdırır, məsuliyyətlərini yerinə yetirir, amma bununla yanaşı, bu günü yaşamağı da unutmur. Onlar yalnız işləmək və gələcək üçün pul yığmaq naminə yaşamırlar. Xüsusilə valideynlər arasında maraqlı bir fərq hiss etmişəm. Bizim cəmiyyətdə valideynlər çox vaxt övladları üçün böyük fədakarlıqlar edir, bəzən hətta öz arzularından və həyat keyfiyyətlərindən belə imtina edirlər. Məsələn, mənim atam maşınını satıb cibindəki son qəpiyə qədər mənə verdi ki, oğlum getsin, xaricdə oxusun. Avropada isə insanların övladlarını sevməklə yanaşı, öz həyatlarını yaşamağa da davam etdiklərini görürəm. Onlar səyahət edir, hobbiləri ilə məşğul olur, dostları ilə vaxt keçirir və öz xoşbəxtliklərini də vacib bilirlər. Düşünürəm ki, bu yanaşmada öyrəniləsi məqamlar var. Çünki insan yalnız başqaları, hətta övladı üçün deyil, özü üçün də yaşamağı bacarmalıdır. - Bəs əksinə, Avropada görmədiyiniz və Azərbaycan insanında daha üstün hesab etdiyiniz hansı xüsusiyyətlər var? - Təbii ki, bizim insanın istiqanlılığı, qohumcanlılığı, böyüyə və kiçiyə olan hörməti mənim üçün xüsusi dəyər daşıyır. Artıq altı ildir ki, Almaniyada yaşayıram və bu xüsusiyyətləri burada eyni səviyyədə görməmişəm. Bir çox ailələrdə uşaqlar nəinki uzaq qohumlarını, hətta əmi, dayı, xala və bibilərini belə tanımırlar. Bəzən zarafatla deyirəm ki, Azərbaycanda nənə-baba nəvəsini görmək istəyəndə sadəcə qapını döyür, Almaniyada isə bunun üçün təqvimə baxıb əvvəlcədən vaxt təyin etmək lazımdır. Bu, əlbəttə ki, bir qədər şişirdilmiş ifadədir, amma iki cəmiyyət arasındakı fərqi yaxşı göstərir. Bir sözlə, Azərbaycanın ən böyük sərvətlərindən biri insan münasibətləri və ailə bağlarıdır. Məncə, bu dəyərləri qoruyub saxlamaq çox vacibdir.
- Yolda tanış olduğunuz insanlardan sizə deyilən ən dəyərli məsləhət nə olub? - Lyon şəhərində qarşılaşdığım Harald adlı alman səyyahdan eşitmişəm. Onun təxminən 70 yaşı var idi. Buna baxmayaraq, o, artıq uzun illərdir ki, Avropanı velosipedlə gəzir. Haraldın enerjisi, həyata olan marağı və aktivliyi məni həqiqətən heyran etmişdi. Bunu ona bildirdikdə mənə Albert Eynşteynin məşhur sözünü xatırlatdı: "Həyat velosiped sürmək kimidir. Tarazlığı qorumaq üçün hərəkət etməyə davam etməlisən". Sonra isə öz fikrini əlavə edərək dedi: "Bu həyatda nə etməyindən asılı olmayaraq, xəyallarının arxasınca pedal çevirməyə davam et". Bu sözlər mənə çox təsir etdi. Çünki həmin an başa düşdüm ki, insanın yaşı deyil, maraqları və xəyalları onu gənc saxlayır. Haraldın timsalında gördüm ki, insan sağlamlığı imkan verdiyi müddətcə yeni şeylər öyrənə, səyahət edə və arzularının ardınca gedə bilər. Düşünürəm ki, bu, təkcə velosiped səyahəti üçün deyil, ümumiyyətlə, həyat üçün çox gözəl bir məsləhətdir.

Mənbə
oxu.az