Belarus çətin vəziyyətdə: Ukraynanı razı salmasa...
Mövcud vəziyyət Belarus rəhbərliyi üçün ciddi risklər yaradır, çünki Ukraynanın tələblərini yerinə yetirib eyni zamanda Moskvanı narazı salmamaq mümkün deyil, Kiyevin çağırışlarını nəzərə almamaq isə döyüş əməliyyatlarının Belarus ərazisinə keçməsi təhlükəsini artırır.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Eyni zamanda, Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib və məsələni müzakirə etmək üçün Vladimir Putinlə Aleksandr Lukaşenko arasında yaxın vaxtlarda görüş keçiriləcəyini elan edib.
Qərb ekspertləri qeyd edirlər ki, Ukraynanın Belarusdakı obyektlərə mümkün birtərəfli zərbələri Vaşinqtonda və Avropa paytaxtlarında narahatlıq yarada bilər. Çünki onlar münaqişənin regional miqyasda genişlənməsinin qarşısını almağa çalışırlar.
Hazırda beynəlxalq tərəfdaşlar gərginliyin azaldılmasına çağırırlar, lakin eyni zamanda vurğulayırlar ki, Minsk hərbi infrastrukturundan istifadə ilə bağlı Ukraynanın təhlükəsizlik narahatlıqlarını nəzərə almalı və müəyyən güzəştlərə getməlidir.