Digər
Ərdoğan Navrotski ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan polşalı həmkarı Karol Navrotski ilə görüşüb.
Axar.az xəbər verir ki, prezidentlərin təkbətək görüşü keçirilib.
Görüşdən sonra liderlər birgə mətbuat konfransında iştirak ediblər.
Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə ilə Polşa arasında ticarət dövriyyəsi həcminin 10 milyard dollara qədər artırılması planlaşdırılır.
Qeyd edək ki, K.Navrotski Türkiyədə səfərdədir.
Mənbə
axar.az