Digər
Fransada dəhşətli istilər: AES fəaliyyətini dayandırdı
Fransanın “Qolfeş” Atom Elektrik Stansiyası (AES) anomal isti hava şəraiti səbəbindən fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Sud-Ouest” qəzeti məlumat yayıb.
Məlumata görə, istilər nəticəsində reaktorların soyudulması üçün istifadə olunan suyun temperaturu kəskin şəkildə yüksəlib:
“Bu səbəbdən stansiyanın fəaliyyəti iyunun 22-də gecə saatlarında ekoloji məhdudiyyətlərlə əlaqədar dayandırılıb”.
Qeyd edək ki, Fransada davam edən isti hava dalğası ilə əlaqədar ölkənin 54 departamentində ən yüksək təhlükə səviyyəsi elan olunub.
Mənbə
axar.az