Digər

İki ölkə Avropanın təhlükəsizliyini təhdid edir - Ryabkov

23 Jun 2026, 17:44 2 baxış
İki ölkə Avropanın təhlükəsizliyini təhdid edir - Ryabkov

Nüvə silahına malik olan Böyük Britaniya və Fransa destruktiv siyasət yürüdərək bütün Avropanın təhlükəsizliyini təhdid edir.


Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.


“Aydındır ki, dünyadakı mövcud vəziyyət və ABŞ-ın ən yaxın müttəfiqlərinin, o cümlədən nüvə silahına malik dövlətlərin, xüsusilə London və Parisin davranışı destruktiv xarakter daşıyır. Bu, Avropa və beynəlxalq təhlükəsizlik üçün təhlükəlidir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər