Cəmiyyət
Tovuzda QƏZA: "Chevrolet" əvvəl "Opel"ə, sonra işıq dirəyinə çırpıldı - FOTO
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, qəza zamanı "Chevrolet" və "Opel" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan "Chevrolet" yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər