Cəmiyyət
Sumqayıtda baş verən partlayışda xəsarət alan azyaşlının vəziyyəti AÇIQLANDI
Sumqayıtda baş verən partlayışda xəsarət alan azyaşlının vəziyyəti açılanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib: "İyunun 20-də saat 19:20-də Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına 2016-cı il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub. Yuxarı ətrafın çiyin qurşağının ikinci dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və o, ailəsinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub". Qeyd edək ki, ötən gün Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yaşayış binasında partlayış baş verib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər