Cəmiyyət

Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama

21 Jun 2026, 13:39 2 baxış
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.


Bu barədə Axar.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.


“Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.


Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.


Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər