Cəmiyyət
Qəbələdə maşın 16 yaşlı piyadanı vurub
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rabil Abdullayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az