Cəmiyyət

Su mənbələrinin çirkləndirilməsinə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO

21 Jun 2026, 05:00 2 baxış
Su mənbələrinin çirkləndirilməsinə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
Su ehtiyatlarının azalması qlobal miqyasda, o cümlədən Azərbaycanda əsas təhlükələrdən biridir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu su mənbələrinin çirkləndirilməsi ilə bağlıdır. Cinayət Məcəlləsində qeyd olunur ki, yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda üç min manatdan altı min manatadək məbləğdə cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli, yaxud fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə altı min manatdan doqquz min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər