Cəmiyyət

Azərbaycanda siqaret istehsalı kəskin artdı

21 Jun 2026, 01:19 1 baxış
Azərbaycanda siqaret istehsalı kəskin artdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda 7 milyard 42,1 milyon ədət siqaret istehsal edilib.


Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,8% çoxdur.


İyunun 1-nə ölkədə 1 milyard 145,3 milyon hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 46,1% çoxdur.


Son 1 ildə ölkədə emal olunmuş tütün məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 1 916,7 tona çatıb.


İyunun 1-nə Azərbaycanda 1 363 ton emal olunmuş tütün məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər